Bu nömrəyə müraciət edin
ƏLAQƏ NÖMRƏSİ : +994 (12) 530 82 95
Mob: :+994 (50) 250 1415

Dərs cədvəllərinin yaradılması

Təlim haqqında

Siz, elektron və ya kağız üzərində olan müxtəlif cədvəlləri vahid məkana yığmaq və bir toxunuşla nizamlamaq istəyirsiniz? Elə isə sizə “Dərs cədvəllərinin yaradılması” təlimini tövsiyə edirik.

 

Məktəbin keyfiyyətli idarə olunmasında, təlim prosesində səmərəliliyin artırılmasında dərs cədvəlinin elmi-pedaqoji tələblər əsasında tərtib edilməsi vacib amillərdəndir. Dərs cədvəlinin düzgün tərtib olunması şagirdlərin təlim materiallarını yaxşı mənimsəməsinə müsbət təsir göstərir.

 

Dərs cədvəlinin tərtibində həftənin ayrı-ayrı günlərinin çətin fənlərlə həddindən  artıq  yüklənməsi şagirdlərin iş qabiliyyətinin aşağı düşməsinə  səbəb olur. Həm də düzgün tərtib olunmayan dərs cədvəli  şagirdlərdə yorğunluq, diqqətsizlik kimi halların baş verməsinə gətirib çıxarır. Bundan başqa, tələblərə cavab verməyən dərs cədvəli tədris prosesində intensivliyi azaldır, şagirdlərin yorğunluğu həftə ərzində getdikcə artır, eyni zamanda müəllim əməyinin səmərəsinə mənfi təsir göstərir.

 

Ona görə də dərs cədvəli tərtib edilərkən şagirdlərin yaş xüsusiyyətləri, fənlərə verilən saatların miqdarı, fənlərin çətin, orta çətin, asan olmaqla cədvəldə yerləşdirilməsi mühüm amillərdəndir. Bütün siniflərdə dərs cədvəli tərtib olunarkən fənlərin gün ərzində ardıcıllıqla düzgün yerləşdirilməsi çox vacibdir. Pedaqoji tələbləri nəzərə alaraq tərtib olunan dərs cədvəlləri tədris prosesinin səmərəliliyini artırır. Prosesin elektron tərtibatı dəyişikliyin çevik baş verməsinə imkan yaradır.

 

Həm təhsil sisteminin inzibati-idarəetmə heyəti, həm də müəllimlər üçün nəzərdə tutulan bu təlimdə iştirak etməklə siz elektron və kağız üzərində hazırladığınız cədvəlləri xüsusi proqram təminatı vasitəsilə vahid məkanda yığacaq, idarə edə biləcək və virtual məktəbdə dərslərinizin planlaşdırmasını bu cədvəllər vasitəsilə rahatlıqla apara biləcəksiniz.

 

Təlim aşağıdakı mövzuları əhatə edəcək:

 

✅ MS Teams ilə qısa tanışlıq

✅ MS Teamsdə təqvimdən istifadə etməklə dərs cədvəllərinin yığılması

✅ Dərs cədvəlləri üzərində dəyişikliklərin aparılması və silinməsi

✅ ASC dərs cədvəli proqramının yüklənməsi və quraşdırılması

✅ Tədris müəssisəsinin adı, tədris ili, dərs günləri, dərs saatları, istirahət günləri və sair məlumatların daxil olunması.

✅ Yeni cədvəlin yaradılması

✅ Siniflərin yaradılması

✅ Fənlərin və müəlllimlərin əlavə edilməsi

✅ Cədvəlin yadda saxlanılması

✅ Hazır cədvəllərin çapı


Təlimin başlanma tarixi: .10.2022

6 saat, 3 gün. 17:00-19:00dək

Qiyabi

Azərbaycan

Bakı, Azərbaycan

30 AZN

orta məktəb, kollec, ali məktəbin pedaqoji və inzibati-idarəetmə heyəti