Bu nömrəyə müraciət edin
ƏLAQƏ NÖMRƏSİ : +994 (12) 530 82 95
Mob: :+994 (50) 250 1415
“STEM əsaslı dərslərdə innovasiyalar və yeni texnologiyaların tətbiqi metodikası” üzrə distant ixtisasartırma təlimlərinin yeni qrupuna başlamışdır
12/08/2020

Təhsildə İnnovativ Texnologiyalar - Əlavə Təhsil Mərkəzi 6 avqust tarixindən etibarən “STEM əsaslı dərslərdə innovasiyalar və yeni texnologiyaların tətbiqi metodikası” üzrə distant ixtisasartırma təlimlərinin yeni qrupuna başlamışdır. Təlimi, mərkəzin ekspert təlimçisi Alqış Həsrətov həyata keçirir.

Təlim tədris prosesində oyun əsaslı öyrənmə modellərini formalaşdırmağı hədəfləyir. Belə ki, STEM təhsil fəlsəfəsi ilə tanış olan müəllimlər, şagirdləri gələcəyin peşələrinə hazırlayacaq və onlarda problem, layihə əsaslı öyrənmə bacarıqları yaradacaq. İştirakçı müəllimlər həmçinin, təlimdə əldə edəcəkləri biliklər sayəsində müxtəlif qurğulardan istifadə etməklə, real həyat problemlərinin həllinə yönəlmiş beynəlxalq Microsoft Hacking STEM dərslərindən praktik istifadə bacarıqlarına da yiyələnəcəklər.

MS Teams platformasında distant formada təşkil edilən təlimin ilk günlərində müəllimlər BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri üçün 7 əsas təhsil hədəfi, XXI əsr bacarıqları, həmçinin Gələcəyin elmləri və peşələri mövzuları ilə tanış oldular və “Şagirdləri gələcəyin peşələrinə necə hazırlamalı?” sualına birlikdə cavab axtardılar.

“STEM əsaslı dərslərdə innovasiyalar və yeni texnologiyaların tətbiqi metodikası” proqramı üzrə təlimlərin növbəti qruplarında iştirak üçün qeydiyyatdan keçməyə tələsin:
https://ite.edu.az/az/kurs/49