Bu nömrəyə müraciət edin
ƏLAQƏ NÖMRƏSİ : +994 (12) 530 82 95
Mob: :+994 (50) 250 1415
“Virtual təhsilə dəstək” layihəsinə start verilir
02/09/2020

Təhsil sektorunun inkişafı və təhsil yönümlü layihələrə xüsusi dəstək göstərməklə töhfə vermək, müasir telekommunikasiya xidmətlərinin təminatçısı olan ENGİNET şirkətinin strateqiyasının əsas ana xəttini təşkil edir.

Şirkətin bu istiqamətdə fəaliyyəti genişzolaqlı optik internet bağlantısı üzərindən informasiya texnologiyalarının açdığı geniş imkanları hər bir vətəndaş və xüsusi ilə təhsil işçiləri üçün əlçatan etmək, bu imkanları təhsildə tətbiq edilməsində vasitəçi olmağına yönəlib.

Belə ki, dünya və ölkə üzrə mövcud pandemiya durumunu nəzərə alaraq, ENGİNET şirkəti təhsil sahəsində çalışan vətəndaşlar (təhsil verənlər) üçün telekommunikasiyanın geniş imkanlarını açaraq, “Virtual Məktəb” və digər tədris platformalarından rahat və çevik istifadə etməsinə şərait yaradacaq “Virtual təhsilə dəstək” layihəsini həyata keçirməyə başlamışdır.

Layihə çərçivəsində təhsil işçilərinə məsafədən tədris prosesinin keyfiyyətli təşkili üçün əsas amillərdən biri hesab olunan yüksəksürətli internet, güzəştli mobil rabitə, təhsildə texnoloji biliklərin artırılması üçün təlimlərdə güzəştli iştirak imkanı, Azərbaycan Təhsil Şəbəkəsi və dünyamiqyaslı GEANT elmi şəbəkəsinə çıxış və virtual təhsilin tətbiqi üzrə texniki dəstəyin təqdim olunması nəzərdə tutulub. O cümlədən, layihə çərçivəsində müəllimlərin motivasiyasına yönəlmiş müsabiqə, vebinar, təlim və digər bu kimi tədbirlərin həyata keçirilməsi planlaşdırılır.

https://www.youtube.com/watch?v=ejnPGes4oBA