Bu nömrəyə müraciət edin
ƏLAQƏ NÖMRƏSİ : +994 (12) 530 82 95
Mob: :+994 (50) 250 1415
“Onlayn dərslərdə interaktivlik” özəl distant təlimin növbəti qrupu baş tutdu
07/12/2020

Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzinin təşkilatçılığı ilə 5 dekabr 2020-ci il tarixində peşəkar təlimçimiz Aysel Quliyevanın təqdimatında növbəti “Onlayn dərslərdə interaktivlik” özəl distant təlimi baş tutdu.

Təlim zamanı iştirakçı müəllimlərdə müasir dövr üçün zəruri olan interaktiv dərs alətlərindən istifadə bacarıqları formalaşdırıldı. Dərs müddətində müəllimlər öncə proqramın funksiyaları ilə tanış oldu, daha sonra isə bunları öz təqdimatlarında necə tətbiq edə biləcəklərini öyrəndilər.

İştirakçı müəllimlər sonda təlimçimizə təşəkkür edərək bu cür interaktiv təlimlərin davam etməsinin effektivliyini qeyd etdilər.

Qeyd edək ki, “Onlayn dərslərdə interaktivlik” təliminə qeydiyyat davam edir: https://ite.edu.az/az/kurs/51

#ite #onlaynders #distanttehsil