Bu nömrəyə müraciət edin
ƏLAQƏ NÖMRƏSİ : +994 (12) 530 82 95
Mob: :+994 (50) 250 1415
Vətənpərvər ruhda dərslər uğurla davam edir
08/12/2020

Ordumuzun Şanlı qələbəsi nəticəsində doğma torpaqlarımızın işğaldan azad olunması bütün xalqımızda ruh yüksəkliyinə səbəb olduğu kimi, həm də şagirdlərdə vətənpərvərlik ruhunun inkişaf etməsinə gətirib çıxarmışdır. 

Belə ki, müxtəlif təhsil müəssisələrində qələbə motivli dərslərə üstünlük verilmiş, “dəmir yumruq” birliyindən ilhamlanan şagirdlərimiz də öz sevinclərini şeir, mahnı, həmçinin rəsmlərlə ifadə etməyə başlamışlar.

Buna nümunə olaraq, Saatlı şəhəri Valeri Əsgərov adına 4 saylı tam orta məktəbin müəllimi Şəlalə Əhmədovanın onlaynTəsviri incəsənət dərslərini göstərə bilərik. Şəlalə xanımın tədris etdiyi 5-7-ci sinif şagirdləri Milli Ordumuzun şücaətini əks etdirən bir-birindən maraqlı rəsmlər ərsəyə gətirmişlər. Şagirdlər öz əl işlərində ermənilərin Müzəffər Ordumuz qarşısında necə diz çökməsini, igid oğullarımızın torpaqlarımızı düşmən tapdağından azad etmək üçün necə qorxmadan irəlilədiklərini rəsm etmişlər.

Bu cür vətənpərvər övladlarımızla gələcəyimiz parlaqdır!