Bu nömrəyə müraciət edin
ƏLAQƏ NÖMRƏSİ : +994 (12) 530 82 95
Mob: :+994 (50) 250 1415
Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi “YAŞAT” Fonduna ianə edib
22/12/2020
Ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı ilə yaradılmış “YAŞAT” Fonduna Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi (ITE) də ianə edib.

Qeyd edək ki, Fondun məqsədi Vətən müharibəsi şəhidlərinin ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılmasıdır.
Bu xeyirxah və şanlı təşəbbüsə qoşulan Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi “YAŞAT” Fonduna 10 min manat məbləğində ianə köçürmüşdür.

2012-ci ildə təsis edilmiş Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi təhsilverənlərin və təhsil sahəsinin liderlərinin potensialının gücləndirilməsi, öyrətmə və öyrənmə prosesinin inkişafı, təhsilin yeni paradiqmalar və yenilikçi strategiyalar əsasında formalaşmasına dəstək verir.
Biz birlikdə güclüyük! Qarabağ Azərbaycandır!

https://www.yeniavaz.com/az/news/156363/tehsilde-innovativ-texnologiyalar-elave-tehsil-merkezi-yasat-fonduna-iane-edib

https://qafqazinfo.az/news/detail/ite-yasat-fonduna-iane-etdi-309218?fbclid=IwAR2QKBBrrHMWH-iKy4HwnQcIQhgvqfiv_E__TZT63moZh8Rk4O1Zcb5e3V4