Bu nömrəyə müraciət edin
ƏLAQƏ NÖMRƏSİ : +994 (12) 530 82 95
Mob: :+994 (50) 250 1415
“Elektron jurnal və gündəlik sistemi platformasının istifadəsi üzrə” təlimləri uğurla davam edir
23/06/2021

“Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi” tərəfindən həyata keçirilən “Pedaqoji heyət üçün Elektron jurnal və gündəlik sistemi platformasının istifadəsi üzrə” təlimlər uğurla davam etməkdədir. Təlim müddətində iştirakçılar elektron jurnal və gündəlik sistemi platformasının əsas bölmələri ilə tanışlıq, dərs cədvəli ilə iş, profilin tənzimlənməsi, şagird bölməsi ilə tanışlıq mövzuları ilə tanış oldular. Onu da qeyd edək ki, pedaqoji heyət təlimlərdə həmçinin tədris olunan mövzuların qeyd olunması, həmçinin şagirdlərin gündəlik davamiyyətinin yoxlanılması və formativ qiymətləndirmənin aparılması üzrə praktiki işlər də həyata keçirmişdir.