Bu nömrəyə müraciət edin
ƏLAQƏ NÖMRƏSİ : +994 (12) 530 82 95
Mob: :+994 (50) 250 1415
ITE zəlzələ ilə əlaqədar AFAD-ın rəsmi fonduna ianə edib
15/02/2023

Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəsmi fonduna maliyyə yardımı göstərib.

Biz Azərbaycan şirkəti olaraq qardaşlıq bağına inanır, Türkiyədəki bacı-qardaşlarımız qarşısında dərin bir vəzifə hiss edirik və yardım səylərini hər cür dəstəkləməyə sadiqik. Bu böhranlı dövrdə Türkiyə xalqının yanındayıq. Yaxınlarını itirənlərə dərin hüznlə başsağlığı verir və zəlzələdə xəsarət alanların tezliklə sağalmasını diləyirik.