Bu nömrəyə müraciət edin
ƏLAQƏ NÖMRƏSİ : +994 (12) 530 82 95
Mob: :+994 (50) 250 1415
ITE ailəsi Sizinlə qürur duyur, Vəfa Məmmədova!
20/02/2023

Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi olaraq komandamızın əvəzolunmaz üzvü Vəfa Məmmədova!

 

Vəfa xanım müəllim olaraq sinifə coşğu, yaradıcılıq və yenilik gətirir, şagird və müdavimləri hər addımda ruhlandırır və cəlb edir.

 

Vəfa Məmmədova əmək fəaliyyətinə Bakı şəhəri Sabunçu rayonu 155 nömrəli tam orta məktəbdə sinif müəllimi kimi başlayıb. Elə ilk illərdən fəaliyyəti ilə fərqlənən Vəfa xanım, 2011-ci ildə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən ”Fəxri fərman”la təltif olunur.

1 ildən sonra isə Təhsil Nazirliyi tərəfindən keçirilən “Elektron Təhsil” Respublika müsabiqəsində “İbtidai təhsildə İKT-dən istifadə üzrə ən yaxşı metodika” nominasiyası üzrə fərqlənmə diplomuna layiq görülür.

 

2013-cü ildə Təhsil İnstitutu və “Dymo/Mimio” şirkətinin birgə təşkil etdiyi Ümumilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Təhsildə interaktiv texnologiyalar” adlı müsabiqəsinin qalibi olur və I yerə layiq görülür.

 

Elə həmin ildə Vəfa xanım Təhsil İnstitutunun təşkil etdiyi Ümumilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Ən yaxşı bloq” adlı müsabiqəsinin “Ən yaxşı dizayn” nominasiyasında qalib olur və I yerə layiq görülərək daha bir uğur qazanır.

 

2015-ci ildə Elm və Təhsil Nazirliyi və Edumediya-Azərbaycan şirkətinin təşkil etdiyi “Təhsil prosesində Promethean interaktiv elektron lövhələrindən istifadə” adlı respublika müsabiqəsində “Ən yaxşı təlimçi işi nominasiyası “ üzrə iştirak edərək I yerə layiq görülür. Həmin ildə Vəfa xanım “İnteraktivnıy uçitel” adlı beynəlxalq müsabiqədə iştirak edir və “Tvorçeskiy podxod” nominasiyası üzrə uğur qazanır.

 

2016-cı ildə Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən “Elektron Təhsil” Respublika müsabiqəsinin qalibi olur və həmin ildə Elm və Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif olunur.

 

2017-ci ildə Elm və Təhsil Naziriyi və Zəngi liseyi tərəfindən keçirilən “İnnovativ müəllim” müsabiqəsinin qalibi olur.

 

2018-ci ildə Elm və Təhsil Naziriyi və Zəngi liseyi tərəfindən keçirilən “İnnovativ müəllim” müsabiqəsinin 2-ci dəfə qalib olan Vəfa xanım 2019-cu ildən əmək fəaliyyətinə başladığı 155 nömrəli tam orta məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsini icra edir.

 

Bildirək ki, Vəfa xanım həm də 2016-cı ildə Elm və Təhsil Nazirliyinin qrifi ilə dərc olunmuş “Müəllimlik peşəsi və pedaqoji məharət” adlı metodik vəsaitin həmmüəllifidir. O 2020-221-ci illərdə pandemiya dövründə Elm və Təhsil Nazirliyinin təşkil etdiyi “Dərs vaxtı” telelayihəsində IV sinif Riyaziyyat dərslərinin müəllimi kimi iştirak etmiş və “Təşəkkürnamə” ilə təltif olunmuşdur.

 

2022-ci ildə Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsinin fərdi layihə nominasiyası üzrə “ Üuniversal Skrininq” layihəsi ilə qalib olmuşdur.

 

Və həmin ildə Elm və Təhsil Nazirliyi tərəfindən “Qabaqcıl Təhsil işçisi” döş nişanına layiq görülmüşdür.

 

Vəfa müəllim, belə müstəsna müəllim olduğunuza və peşənizə, şagirdilərinizə və təşkilatımızın dəyərlərinə sədaqətinizə görə təşəkkür edirik!

 

Sizin fəaliyyətiniz olduqca dəyərli və ilhamvericidir!