Bu nömrəyə müraciət edin
ƏLAQƏ NÖMRƏSİ : +994 (12) 530 82 95
Mob: :+994 (50) 250 1415
Vakansiyalar
Proqram üzrə Köməkçi seçimi üçün elan
06.23.21

“Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi Proqram üzrə Köməkçi vakansiyası üzrə seçim elan edir. Müraciət edən namizədlər məsuliyyətli, diqqətli, təşəbbüskar və nəticəyönümlü olmalıdır.

Namizədlər üçün tələblər:

  • Müvafiq sahə üzrə Ali təhsil
  • Pedaqoji sahə üzrə min. 1 il təcrübə
  • Araşdırma və tədqiqat aparma bacarığı
  • Punktual, məsuliyyətli
  • Diqqətli
  • İKT sahə üzrə biliklər
  • İnglis və Rus dili biliyi
  • Təlimçilik fəaliyyəti üzrə təcrübə arzuolunandır.

 

Öhdəliklər:

  • Məzmun və Təlimçi Hazırlığı (MTH) rəhbəri tərəfindən tələb olunan mövzular üzrə  araşdırmanın aparılması, tərcümələrin edilməsi.
  • Beynəlxalq məzmunun yerli konteksə adaptasiyasının həyata keçirilməsi.
  • Toplanan məlumatların Azərbaycan dilinin qrammatik və orfoqrafik qaydalarına əsasən işlənməsi və redaktə olunması.
  • Təhsil sahəsi üzrə tədqiqatların həyata keçirilməsi.
  • Təklif olunan məzmun üzrə kadr (təlimçi) hazırlığını planlaşdırmaq və həyata keçirmək.
  • Məzmun üzrə monitorinqin aparılması.
  • Məzmun üzrə yeni təkliflərin verilməsi.

 

 

Məşğulluq:                   

  • Tam, Həftə içi 5 gün, 09:00-18:00
  • Əmək haqqı müsahibə zamanı namizədin təcrübəsinə əsasən razılaşdırılacaqdır.

 

Uyğun namizədlərdən öz CV-lərini [email protected] elektron ünvanına mövzu bölməsində vəzifənin adı (Proqram üzrə Köməkçi) yazmaqla 28.06.2021-ci il tarixinə qədər göndərmələri xahiş olunur.

Sizi Komandamızda görməkdən Məmnun Olarıq!