Bu nömrəyə müraciət edin
ƏLAQƏ NÖMRƏSİ : +994 (12) 530 82 95
Mob: :+994 (50) 250 1415
Vakansiyalar
SMM üzrə Mütəxəssis seçimi üçün elan
09.21.21

Bu vəzifədə çalışan məsul şəxs, kreativ düşüncəyə sahib olmalı, təşəbbüskar və məsuliyyətli olmalıdır.

 

Tələblər:

 

· Ali təhsil (jurnalistika, filologiya, marketinq və ya pedaqoji sahə üzrə);

· Sosial Media Marketinqi (SMM) üzrə bilik və minimum1-2 il iş təcrübəsi;

· Qrafik dizayn qabiliyyəti (Coral draw, Adobe Products, Creative Cloud-üstünlükdür);

· Azərbaycan dilində yüksək səviyyədə yazı bacarığı/qabiliyyəti;

· Foto/video çəkiliş aparmaq bacarığı;

· Planlaşdırma və vaxtın düzgün idarə edilməsi üzrə müvafiq bacarıqlar;

· Yeniliklərə açıq olmaq və konstruktiv təkliflər irəli sürmək bacarığı;

· Xarici dilləri bilməsi (rus və inglis dillərinə üstünlük verilir);

· İKT sahəsi üzrə müvafiq bilik və bacarıqlar;

· Komandada işləmək bacarığı.

 

Öhdəliklər:

· Fəaliyyətə uyğun olaraq yüksək keyfiyyətdə kontent (mətn, foto, video) hazırlamaq, veb-sayt və sosial mediada yerləşdirmək;

· Məlumatların sosial mediada təşviqi və kreativ yanaşmanın tətbiqi;

· Şirkətin sosial media səhifələrini idarə etmək;

· Aktiv informasiya mübadiləsini idarə etmək;

· Ehtiyaclara uyğun müxtəlif kommunikasiya formalarını tətbiq etmək;

· Sosial şəbəkələrdə və saytda cari aksiyalara dair bannerlərin və postların yerləşdirilməsinə nəzarət etmək;

· Müvafiq sahə üzrə büdcəni müəyyənləşdirmək, büdcə xərcləri üzrə hesabat vermək;

· Sosial media və rəqəmsal marketinq sahəsində ən son tendensiya, yenilik və texnologiyalardan xəbərdar olmaq.

 

Məşğulluq:

 

· Tam iş qrafiki, həftə içi 5 gün, 09:00-18:00;

· Əmək haqqı müsahibə zamanı namizədin təcrübəsinə əsasən razılaşdırılacaqdır.

Uyğun namizədlərdən CV-ni [email protected] elektron ünvanına mövzu bölməsində vəzifənin adı (SMM Mütəxəssis) göstərilməklə 05.10.2021-ci il tarixədək göndərməyiniz xahiş olunur.

Yalnız qeyd olunan tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Sizi komandamızda görməkdən məmnun olarıq!