Bu nömrəyə müraciət edin
ƏLAQƏ NÖMRƏSİ : +994 (12) 530 82 95
Mob: :+994 (50) 250 1415
Vakansiyalar
Məzmun üzrə mütəxəssis
09.21.21

Bu vəzifədə çalışan məsul şəxs kreativ düşüncəyə sahib olmalı, təşəbbüskar, çevik və məsuliyyətli olmalıdır.

 

Tələblər:

 

· Ali təhsil (jurnalistika, filologiya, psixologiya və ya pedaqogika sahəsi üzrə);

· İxtisası üzrə minimum 1-3 il iş təcrübəsi;

· Azərbaycan dilində yüksək səviyyədə yazı bacarığı/qabiliyyəti;

· Yazılı mətn, məqalə və s. hazırlamaq üzrə müvafiq təcrübə;

· Araşdırma, tədqiqatçılıq və təqdimetmə bacarığı;

· Təhliletmə və ümumiləşdirmə bacarığı;

· Böyük həcmli yazılı və şifahi məlumatlarla işləmək bacarığı;

· Xarici dillərdən ən az birini yüksək səviyyədə bilməsi (rus və ingilis dillərinə üstünlük verilir);

· İKT sahəsi üzrə müvafiq bilik və bacarıqlar;

· Komandada işləmək bacarığı.

 

Öhdəliklər:

· Tələb olunan mövzular üzrə araşdırma aparmaq;

· Mətnləri yazılı dil qaydalarına əsasən işləmək və redaktə etmək;

· Təhsil sahəsi üzrə tədqiqatlar aparmaqla yeni təkliflər vermək;

· Müstəqil planlaşdırma aparmaq;

· Müvafiq sahədə monitorinq təşkil etmək və keçirmək;

· Proqram Departamentinin fəaliyyətinə uyğun olaraq kontenti (mətn, foto, video) hazırlamaq.

 

Məşğulluq:

 

· Tam iş qrafiki, həftə içi 5 gün, 09:00-18:00;

· Əmək haqqı müsahibə zamanı namizədin təcrübəsinə əsasən razılaşdırılacaqdır.

Uyğun namizədlərdən CV-ni [email protected] elektron ünvanına mövzu bölməsində vəzifənin adı (Məzmun üzrə mütəxəssis) göstərilməklə 05.10.2021-ci il tarixədək göndərməyiniz xahiş olunur.

Yalnız qeyd olunan tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Sizi komandamızda görməkdən məmnun olarıq!