Azərbaycanda STEM təhsili

Gələcəyini düzgün qurmaq üçün hər bir kəs öz maraq və potensial imkanlarına uyğun olaraq hər hansı bir peşəyə sahib olmalıdır. Bu məqsədlə hər bir insan gələcək üçün planlar qurmalı və bu plana uyğun olaraq həyatını davam etdirməlidir. İlk növbədə gələcəkdə baş verə biləcək dəyişiklikləri, həmin dövr üçün vacib ola biləcək səriştələri proqnozlaşdırmalıdırlar. Bütün bunları ümumiləşdirərək qeyd etmək lazımdır ki, gələcək nəslin formalaşması üçün STEM (Science, technology, engineering, and mathematics) yanaşmasını ölkənin tədris proqramları ilə əlaqələndirmək əsas məqsədlərdəndir.
STEM təhsilinin əsas məqsədi texniki, təbiət və sosial elmlərin əlaqəli, birgə tədrisini dəstəkləyərək bütün təhsil pillələrini əhatə etməklə layihə əsaslı öyrənməyə təkan vermək, sual verən, istehsal etməyi bacaran və yeni ixtiralar edə biləcək, dövrün tələbinə cavab verən nəsil yetişdirməkdən ibarətdir. İstehsal etmək və yeni ixtiralara imza atmaq isə günün, zamanın tələbinə uyğun olaraq texnoloji bacarıqları, yaradıcı ideyaları və mühəndislik düşüncəsi olmadan mümkün deyil.

Növbəti postlar

"Microsoft sertifikatlı pedaqoq" imtahanın nəticələri

Müəllimlər beynəlxalq sertifikatlı mütəxəssis statusu qazanırlar! Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə əməkdaşlı...

900 müəllim beynəlxalq sertifikatlı mütəxəssis oldu

900 müəllim beynəlxalq sertifikatlaşdırma imtahanından uğurla keçib. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə əməkdaş...