Mentorluq xidmətdən keçən məllimin inkluziv yönümlü açıq dərsi

Mentorumuz Şəlalə Məhərrəmova tərəfindən keçirilən Mentorluq xidmətindən yararlanan 202 №li tam orta məktəbin ibtidai sinif müəllimi Məmmədova Rəna 2-ci sinif şagirdlərinin iştirakı ilə "Həyat bilgisi" fənnindən “Günəş sistemi” mövzusunda açıq dərs keçirmişdir.

Mövzunun daha yaxşı mənimsənilməsi üçün açıq dərs zamanı AR, VR texnologiyalarının tətbiq olunmuş proqramlarından geniş istifadə edilmişdir. Simulyativ situasiyalar yaradılmışdır: şagirdlər "astronavt", sinif - "kosmik raket", müəllim isə - "kapitan" olmuşdur. Virtual uçuş “Solar System Scope” proqramı vasitəsi ilə həyata keçirilmişdir. Açıq dərsin əsas məqsədlərindən biri sinifdə olan iki inkluziv şagirdi fəaliyyətə cəlb etmək və sosiallaşmalarını sürətləndirmək idi. Bu səbəbdən ssenari üzrə inkluziv şagirdlərə "yadplanetlilər" rolu verilmişdir. Ssenariyə görə yadplanetlilər Yer planetini işğal etməli idilər və bunun üçün bilik savaşı elan olunmuşdur. Və məğlub olan tərəf yer planetini tərk edəcəkdir. Yadplanetlilər sualları öz dillərində yazıdıqlarına görə, şagirdlər kodlaşdırılmış mətni oxumaq uçun “QR Code Reader” tətbiqindən istifadə edirlər. Suallar Günəş sisteminə aid idi və cavab tapmaq ucun “Space 4D, Solar System Scope proqramı” vasitəsi ilə araşdırma aparılmışdır. Nəticədə məlum olur ki, günəşə ən yaxın və ən isti planet - Merkuri, en iri planet - Yupiter, Yerə en yaxın planetler isə Mars və Veneradır. Sonda "astronavtlar" komandası qalib gələrək, "yadplanetlilər" komandasına dostluq təklif edir, onlara oxumağı, yazmağı öyrədəcəklərinə söz verərək, "Planetlerin reqsi"-də iştirak etməyə dəvət edirlər.

Şagirdlərdən biri mövzuya uyğun yazdığı şeirin kitabçasını “Book Greator" proqramında hazırlayaraq, təqdim edir.

202 №li tam orta məktəbin direktoru Süleymanova Arzu mentor və müəllimlərə öz dəstəyini göstərmişdir.

Növbəti postlar

"Microsoft sertifikatlı pedaqoq" imtahanın nəticələri

Müəllimlər beynəlxalq sertifikatlı mütəxəssis statusu qazanırlar! Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə əməkdaşlı...

900 müəllim beynəlxalq sertifikatlı mütəxəssis oldu

900 müəllim beynəlxalq sertifikatlaşdırma imtahanından uğurla keçib. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə əməkdaş...