Təlim haqqında
Məqsəd və hədəflər:
Təlimin məqsədi şagirdlərdə 4 bacarığı (danışıq, yazı, oxu, dinləmə) rəqəmsal alətlər vasitəsilə qısa müddətdə və effektiv şəkildə formalaşdırmağın metodikasını müəllimlərə mənimsətməkdir.
- İngilis dilinin tədrisində müəllimləri effektiv texnologiyalardan istifadəyə təşviq etmək.
- Müxtəlif təhsil platformaları vasitəsilə dil öyrənmə prosesini asanlaşdırmağın yolları ilə tanış etmək.
- İngilis dilinin tədrisində faydalı olan rəqəmsal alətlər, platformalar, resurslardan istifadə bacarıqları formalaşdırmaq.
- Dil öyrənməni öyrənənlər üçün davamlı prosesə çevirməyin yollarını öyrətmək.
- Öyrənənlərin diqqətini cəlb edəcək və aktiv iştirakını təmin edəcək metodikaya yiyələndirmək.
Təlim nəticəsi:
- Tədris prosesində 4 bacarığın (danışıq, yazı, oxu, dinləmə) öyrədilməsində müasir texnologiyalardan effektiv istifadə edəcəksiniz.
- Maraqlı və interaktiv dərs materialları hazırlayacaqsınız.
- Təlim metodlarınız zənginləşəcək.
- Şagirdlərin öyrənmə motivasiyasını artıracaqsınız.
- Rəqəmsal platformalar və alətlər vasitəsilə öyrənmə prosesini daha effektiv şəkildə izləyəcək və qiymətləndirəcəksiniz.
- Rəqəmsal təlim platformaları vasitəsilə şagirdlərinizlə daha effektib əlaqə quracaq və məsafədən öyrənmələrini təmin edəcəksiniz.
Təlimin üstünlükləri:
- Peşəkar və təcrübəli təlimçi komandası;
- İstənilən məkandan təlimə qoşulmaq imkanı;
- Təlimin video qeydiyyatının aparılması və istədiyiniz zaman izləmək imkanı;
- Sahədə baş verən ən son yenilikləri özündə əks etdirən təlim məzmunu;
- Pulsuz vəsait və tədris resursları ilə təmin olunma;
- Pedaqoji konsultasiya üçün virtual məsləhət otaqları;
- Fərdi yanaşma;
- Sertifikatla təminat.