Təlim haqqında
Məqsəd və hədəflər:
Təlimin məqsədi təbiət fənlərinin (kimya, fizika və biologiya) tədrisində kompüter və mobil tətbiqlərdən istifadə etməklə şagirdlərin öyrənməsini asanlaşdırmaq, fənnin tədrisində əyaniliyi təmin etməkdir.
- Çətin qavranılan mövzuları qısa zaman kəsiyində və daha asanlıqla öyrətmə bacarıqlarına yiyələnmək.
- Laboratoriya olmayan məktəblərdə təcrübə və eksperimentlərin aparılması üçün əyaniliyi təmin etmək.
- Uzun zaman tələb edən praktik təcrübələrin nəticələrinin dərhal görülməsi imkanından yararlanmaq.
- Təcrübələrdə bütün şagirdlərin iştirakını təmin etmək.
- Təbiət fənlərinin tədrisində inkulizivliyi təmin etmək.
Təlim nəticəsi:
- Müəllimlər dərslərində çətin qavranılan mövzuların mənimsənilməsini asanlaşdıracaq;
- Sinif şəraitində maddi texniki şərait və təhlükəsizlik baxımında icrası mümkün olmayan təcrübələri virtual laboratoriyalar vasitəsilə aparacaq;
- Apardıqları təcrübərin nəticələrini qısa vaxt ərzində görəcək;
- Təcrübələrdə bütün şagirdlərin iştirakını təmin edəcək.
Təlimin üstünlükləri:
- Peşəkar və təcrübəli təlimçi komandası;
- İstənilən məkandan təlimə qoşulmaq imkanı;
- Təlimin video qeydiyyatının aparılması və istədiyiniz zaman izləmək imkanı;
- Sahədə baş verən ən son yenilikləri özündə əks etdirən təlim məzmunu;
- Pulsuz vəsait və tədris resursları ilə təmin olunma;
- Pedaqoji konsultasiya üçün virtual məsləhət otaqları;
- Fərdi yanaşma;
- Sertifikatla təminat.