İnformasiya və kommunikasiya texnologiyalarının təhsildə tətbiqi (İKT)

60.00 AZN
Müddəti

12 tədris günü, 18:30-21:30

Cədvəl

Dil

az

Məkan

MS Teams

Təlim haqqında

Əziz müəllimlər, səbirsizlik ilə gözlədiyiniz IKT təlimləri başlayır!  

 

Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi “İnformasiya və kommunikasiya texnologiyalarının təhsildə tətbiqi” (İKT) adlı yeni distant təlimə start verir.

 

Məlumdur ki, İKT-dən istifadə etməklə müasir və interaktiv təhsil modelinin həyata keçirilməsi məktəbin və müəllim heyətinin qarşısına yeni tələblər qoyur. Pedaqoji heyətin İKT savadlılığını artırmadan, təlim-tədris prosesinə innovativ yanaşmasını formalaşdırmadan İKT-nin təhsil sisteminə səmərəli tətbiqinə nail olmaq qeyri-mümkündür. Şagirdlərin İKT-dən faydalı və məqsədyönlü istifadəsini təmin etmək üçün müəllimlər tədris prosesində İKT-dən səmərəli istifadə bacarığına yiyələnməlidirlər.

 

Təlimlər nəticəsində evdə kompüter və interneti “əyləncə və oyun” aləti kimi təsəvvür edən şagirdlər artıq məktəbdə müəlliminin bacarıqları sayəsində onların görmədikləri imkanları ilə qarşılaşacaq və nəticə olaraq cəlbedici tərtibatlı təqdimatlar, interaktiv oyunlar, cizgi formatlı multimedia tapşırıqları onların zövqünü oxşayacaqdır. İstər-istəməz informasiyanın qeyri-adi təqdimatı, interaktiv mühitin cəlbedici qüvvəsi şagirdi onu dinləməyə, öyrənməyə, araşdırmağa, öz işini daha fərqli təqdim etməyə təhrik edəcəkdir.

 

Dərs strukturu

Təlim nəticəsində iştirakçılar:

✅  Tədris prosesində İKT-dən istifadə bacarıqlarına yiyələnirlər;
✅  MS Office Word proqramından istifadə etməklə müxtəlif didaktik materiallar - sorğu vərəqələri, qiymətləndirmə vasitələri, həftəlik dərs cədvəli, məlumat vərəqəsi, test nümunələri və dərs planı hazırlamağı öyrənirlər;
✅  MS PowerPoint proqramından istifadə etməklə şagirdlərdə tənqidi, məntiqi və yaradıcı təfəkkürü inkişaf etdirmək məqsədi ilə iş vərəqələri, video və audio materiallardan ibarət animasiyalı təqdimatlar hazırlayır və tədris prosesində məqsədyönlü tətbiq etmək bacarıqlarına yiyələnirlər;
✅  MS Excel proqramından istifadə etməklə müxtəlif analizlər aparmaq imkanına malik elektron cədvəl və diaqramlar, mürəkkəb məsələlərin həlli üçün elektron işçi vərəqlər hazırlayırlar;
✅  MS Publisher proqramından istifadə etməklə sertifikat, buklet və broşürlər tərtib edirlər;
✅  Təhsildə internet xidmətlərinin əhəmiyyətini və rolunu bilirlər;
✅  Təhsilə faydalı Google alətlərindən (Google translate, Google Maps, Google Earth, Google disk, Google documents) istifadə bacarıqlarına yiyələnirlər;
✅  Elektron poçt xidmətindən istifadə edəcək, e-mail vasitəsilə yazışmalar edir, fayllar göndərir və qəbul edirlər.

 

Təlimin sonunda iştirakçılar Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi tərəfindən sertifikatla təltif olunacaqlar.

Təlimçi

Hər hansı bir sualınız var ?