MCE sertifikasiya imtahanı, "21-ci Əsr Öyrənmə Dizaynı" təlimi çərçivəsində müəllimlərin bacarıqlarını təsdiqləyən beynəlxalq bir imtahandır. Bu imtahan müəllimlərin Microsoft təhsil alətlərindən istifadə bacarıqlarını, o cümlədən Microsoft Teams, OneNote, Sway, Microsoft Forms, Office Online və OneDrive kimi platformalardan dərslərdə səmərəli istifadə etmək qabiliyyətlərini yoxlayır.
İmtahanı uğurla keçən müəllimlər tələbələri üçün zəngin öyrənmə fəaliyyətləri hazırlaya, 21-ci əsrin müasir texnologiyalarını tədris prosesinə inteqrasiya edə biləcəklərini təsdiqləmiş olurlar.
MCE dünya üzrə tanınan beynəlxalq sertifikat olmaqla, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən müəllim və pedaqoji fakültə tələbələrinin peşəkar hazırlığı üçün seçilmişdir.
Kim qeydiyyatdan keçə bilər:
- Sinif müəllimi olmaq üçün hazırlaşan fərdlər
- Hazırki müəllimlər
- Müəllim təlimi kolleclərinin fakültə üzvləri
- Təhsil idarəçiləri
İmtahan formatı:
- 37 seçilmiş sual
- 60 dəqiqə