Fraza jurnalının 30-cu sayında “Bilik, yoxsa bacarıq?” başlığı altında “Təhsildəkommunikasiya necə qurulmalıdır?” mövzusu üzrə ITE direktoru İsa Qasımovun münasibəti dərc olunub.

Fraza jurnalının 30-cu sayında “Bilik, yoxsa bacarıq?” başlığı altında “Təhsildəkommunikasiya necə qurulmalıdır?” mövzusu üzrə Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzinin direktoru İsa Qasımovun münasibəti dərc olunub.

 

“Əldə etdiyimiz biliklər əmələ çevrildiyi və sevgi ilə təqdim edildiyi zaman dəyər qazanır”.

 

Bu sözləri sözügedən mövzuya münasibət bildirərkən İsa Qasımov bildirib. O bu mövzuda səmərəli qərarlar qəbul etmək üçün tədqiqatların aparılmasının vacibliyini önə çəkib: “İxtisas seçimi mühüm olmaqla yanaşı, subyektiv bir amildir. Ona görə də, sözügedən sahədə əsaslı tədqiqatların aparılması labüd məsələdir. Belə ki, həm təhsil işçiləri, həm valideynlər, həm də şagirdlər arasında sorğu aparılmalı və əldə olunan anketlər mütəxəssislər tərəfindən ciddi şəkildə təhlil olunaraq qərarlar verilməlidir” – deyə o bildirib.

 

İsa Qasımov hesab edir ki, hazırda əmək bazarında özünə yer tutan insanlar adaptasiya, təşəbbüskarlıq, əzmkarlıq, zəhmətsevərlik və digər xüsusiyyətləri özlərində ehtiva edənlərdir. Nə bildiyiniz yox, necə tətbiq etdiyiniz əhəmiyyət daşıyır. Dolayısı ilə, universitetdə öyrəndiyiniz biliklər yox, gələcəkdə tətbiq etdiyiniz bacarıqlar sizə karyera qazandırır.

 

Növbəti postlar

"Microsoft sertifikatlı pedaqoq" imtahanın nəticələri

Müəllimlər beynəlxalq sertifikatlı mütəxəssis statusu qazanırlar! Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə əməkdaşlı...

900 müəllim beynəlxalq sertifikatlı mütəxəssis oldu

900 müəllim beynəlxalq sertifikatlaşdırma imtahanından uğurla keçib. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə əməkdaş...