“Onlayn dərslərdə interaktivlik” özəl distant təliminin növbəti qrupu baş tutdu.

Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzinin təşkilatçılığı ilə 27 mart 2021-ci il tarixində peşəkar təlimçimiz Alqış Həsrətovun təqdimatında növbəti “Onlayn dərslərdə interaktivlik” özəl distant təlimi baş tutdu.

Təlim zamanı iştirakçı müəllimlərdə müasir dövr üçün zəruri olan interaktiv dərs alətlərindən istifadə bacarıqları formalaşdırıldı. Öncəliklə proqamın imkanları ilə tanış olan və tapşırıqları yerinə yetirən müəllimlər daha sonra dərs təqdimatlarını proqram vasitəsilə necə reallaşdıra biləcəklərini öyrəndilər.

Təlim onlayn dərsin ümumi strukturu və əsas prinsipləri, şagirdin nəzərində interaktiv dərs, onlayn dərsi necə interaktiv etməli - "0-dan izah" və şagirdlərin onlayn təhsildən kənarda qalmaması üçün alternativ yollar kimi mövzuları əhatə etdi.

İştirakçı müəllimlər sonda təşəkkür edərək bu cür interaktiv təlimlərin davam etməsinin effektivliyini qeyd etdilər. Qeyd edək ki, “Onlayn dərslərdə interaktivlik” təliminə qeydiyyat davam edir: https://ite.edu.az/az/kurs/51

Növbəti postlar

"Microsoft sertifikatlı pedaqoq" imtahanın nəticələri

Müəllimlər beynəlxalq sertifikatlı mütəxəssis statusu qazanırlar! Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə əməkdaşlı...

900 müəllim beynəlxalq sertifikatlı mütəxəssis oldu

900 müəllim beynəlxalq sertifikatlaşdırma imtahanından uğurla keçib. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə əməkdaş...