ITE faydalı masterklasların təşkilinə davam edir

Təhsildə İnnovativ Texnologiyalar (ITE) Əlavə Təhsil Mərkəzi təlimçilərinin təkmilləşdirilməsi üçün master klasların təşkilinə xüsusi əhəmiyyət verir. 15-18 iyun tarixlərində bu qəbildən daha bir masterklas baş tutdu. Belə ki, peşəkar təlimçimiz Sona Həsənovanın təqdimatında 150 nəfər təlimçi heyətinə "Elektron jurnal və gündəlik sistemi platformasının istifadəsi" üzrə master klas həyata keçirildi. Təlimçilər tərəfindən böyük maraqla qarşılanan masterklas MS Teams platformasında distant formada baş tutdu.


Qeyd edək ki, masterklası uğurla başa vurmuş təlimçilər Bakı şəhərində yerləşən 220 məktəbin 15 min pedaqoji, 500 nəfər isə inzibat-idarəetmə heyətinə "Elektron jurnal və gündəlik sistemi platformasının istifadəsi" təlimi keçəcəklər. Müfaviq təlimin keçirilməsində əsas məqsəd orta məktəblərin inzibati-idarəetmə və pedaqoji heyətini Elektron jurnal və gündəlik sistemi platformasının istifadə bacarıqlarına yiyələndirməkdir. Təlimin distant və üz-üzə formalarda həyata keçirilməsi planlaşdırılır.

Növbəti postlar

"Microsoft sertifikatlı pedaqoq" imtahanın nəticələri

Müəllimlər beynəlxalq sertifikatlı mütəxəssis statusu qazanırlar! Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə əməkdaşlı...

900 müəllim beynəlxalq sertifikatlı mütəxəssis oldu

900 müəllim beynəlxalq sertifikatlaşdırma imtahanından uğurla keçib. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə əməkdaş...