“Elektron jurnal və gündəlik sistemi platformasının istifadəsi üzrə” təlimləri uğurla davam edir.

“Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi” tərəfindən həyata keçirilən “İnzibati-idarəetmə heyəti üçün Elektron jurnal və gündəlik sistemi platformasının istifadəsi üzrə” təlimlər uğurla davam edir. Təlim müddətində iştirakçılar tədris planına baxış və müvafiq ­­uyğunlaşmaların edilməsi, fənlər bölməsində aidiyyəti dəyişiklik və əlavələrin edilməsi, “elektron jurnal və gündəlik sistemi platforması”nın əsas bölmələri ilə tanışlıq, şagirdlər səhifəsinin idarə olunması kimi məqamları praktiki baxımdan öyrənirlər. Qeyd edək ki, sözügedən təlimlərdə məktəbin inzibati-idarəetmə heyəti  həmçinin fənlər üzrə dərs saatlarının yerləşdirilməsi, siniflər üzrə dərs cədvəllərinin hazırlanması, hesabatların çıxarışı üzrə praktiki işlərlə bağlı bacarıqlara da yiyələnirlər.


 

Növbəti postlar

"Microsoft sertifikatlı pedaqoq" imtahanın nəticələri

Müəllimlər beynəlxalq sertifikatlı mütəxəssis statusu qazanırlar! Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə əməkdaşlı...

900 müəllim beynəlxalq sertifikatlı mütəxəssis oldu

900 müəllim beynəlxalq sertifikatlaşdırma imtahanından uğurla keçib. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə əməkdaş...