"Promethean interaktiv texnologiyalarının tədris prosesində istifadəsi” üzrə növbəti təlim qrupu start götürüb.

“Promethean interaktiv texnologiyalarının tədris prosesində istifadəsi” mövzusunda təlimin məzunları tədris prosesində daha çevik və daha məhsuldar ola bilirlər.

Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzinin (İTE) təşkilatçılığı ilə “Promethean interaktiv texnologiyalarının tədris prosesində istifadəsi” üzrə növbəti təlim qrupu start götürüb.

6 gün davam edəcək intensiv dərslər ilə müdavimlər Promethean interaktiv lövhənin tətbiqi metodikası, tədris materiallarının hazırlanması və dərslərin keçirilməsi üçün konsultasiya əldə edəcək və Promethean lövhədən praktik istifadə bacarıqları, həmçinin ActivInspire proqramının alətlərindən istifadə və ActivInspire proqramından istifadə etməklə müxtəlif resurslar hazırlama bacarığına yiyələnəcəklər.

Təlim proqramını uğurla bitirən müdavimlər Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi tərəfindən sertifikatla təltif olunacaqlar.

Qeyd edək ki, adi lövhələrdən fərqli olaraq elektron lövhələrdə işləmə müəllimə daha geniş iş sahəsi təqdim edir və vaxta qənaət etməyə, eləcə də dərsi daha effektiv qurmağa imkan yaradır. Həmçinin bu imkanlar müəllimin pedaqoji axtarışları üçün geniş diapazon açır. Adi lövhə ilə qurulan dərsdə şagirdin aktiv iş fəaliyyəti dərsin 15-20%-ni təşkil etdiyi halda, elektron lövhənin köməyilə qurulan dərslər bu vaxtın 75-80%-ə qədər yüksəlməsinə imkan yaradır.

Növbəti postlar

"Microsoft sertifikatlı pedaqoq" imtahanın nəticələri

Müəllimlər beynəlxalq sertifikatlı mütəxəssis statusu qazanırlar! Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə əməkdaşlı...

900 müəllim beynəlxalq sertifikatlı mütəxəssis oldu

900 müəllim beynəlxalq sertifikatlaşdırma imtahanından uğurla keçib. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə əməkdaş...