May ayının 18-də Elm və Təhsil Nazirinin müavini Həsən Həsənli “Microsoft” şirkətinin kommersiya həlləri üzrə direktoru Conatan Vudvord ilə görüşüb. Görüşdə Azərbaycanda rəqəmsal təhsil ekosisteminin gücləndirilməsi, təhsil müəssisələrində Microsoft həllərinin tətbiqi və “Rəqəmsal məktəb” təşəbbüsü çərçivəsində süni intellekt üzrə əməkdaşlığın genişləndirilməsi müzakirə edilib.
Cari ildə “Rəqəmsal məktəb” platformasında 40 000 müəllim üçün Microsoft Copilot süni intellekt həlli istifadəyə verilib.
😍Qeyd edək ki, “ITE Azərbaycan” da öz növbəsində müəllimlər üçün Microsoft Sertifikatlı Pedaqoq (MCE) təlim və imtahanları təşkil edir. Beynəlxalq MCE imtahanını Azərbaycan dilində keçirilir.
Xatırlatmaq istərdik ki, MCE imtahanı üzrə kampaniyamız hələ də davam edir.
🔑Bundan əlavə, müəllimlər üçün xüsusi olaraq hazırlanmış digər təlim istiqamətlərimiz:
* Rəqəmsal məktəb
* Canva
* Gemini
* Microsoft Copilot
📩 Ətraflı məlumat üçün bizə müraciət edin.