“Canva for Education” platformasının Azərbaycanda rəsmi təlim tərəfdaşı oldu!

İTE Azərbaycan beynəlxalq təhsil texnologiyaları sahəsində daha bir mühüm uğura imza ataraq dünyanın aparıcı vizual kommunikasiya və dizayn platformalarından biri olan Canva-nın Azərbaycanda rəsmi təlim tərəfdaşı oldu.

Bu tərəfdaşlıq İTE Azərbaycanın müəllimlərin rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi, innovativ tədris metodlarının təşviqi və beynəlxalq təhsil texnologiyalarının ölkəmizdə tətbiqi istiqamətində həyata keçirdiyi fəaliyyətlərin mühüm davamıdır.

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində müəllim və şagirdlər “Rəqəmsal məktəb” platforması vasitəsilə Canva-nın təhsil imkanlarından yararlana biləcəklər.

“Canva for Education” müəllimlərə interaktiv dərs materialları, təqdimatlar, infoqrafikalar və yaradıcı tapşırıqlar hazırlamaq imkanı yaradır. Platformanın süni zəka əsaslı alətləri isə tədris materiallarının hazırlanmasını asanlaşdıraraq dərs prosesinin daha maraqlı və səmərəli təşkilinə kömək edir.

Canva ilə rəsmi tərəfdaşlıq İTE Azərbaycanın beynəlxalq təhsil ekosistemində mövqeyini gücləndirməklə yanaşı, təşkilatın təlim fəaliyyətlərinin genişləndirilməsinə və yeni innovativ layihələrin həyata keçirilməsinə imkan yaradacaq.

Əməkdaşlıq çərçivəsində İTE Azərbaycan müəllimlər üçün xüsusi təlimlər, praktik seminarlar və vebinarlar təşkil etməyi planlaşdırır. Bu tədbirlər vasitəsilə pedaqoqlar Canva-nın müasir dizayn və süni zəka alətlərindən istifadəni öyrənərək əldə etdikləri bilikləri gündəlik tədris prosesinə inteqrasiya edə biləcəklər.

Əsas məqsədimiz müəllimləri yalnız yeni texnologiyalarla tanış etmək deyil, həmin texnologiyaları onların gündəlik fəaliyyətində real və faydalı tədris alətlərinə çevirməkdir.

Növbəti postlar

Microsoft ilə strateji tərəfdaşlıq genişlənir!

May ayının 18-də Elm və Təhsil Nazirinin müavini Həsən Həsənli “Microsoft” şirkətinin kommersiya həlləri üzrə direktor...

Müəllimlərin 91%-i beynəlxalq sertifikat qazandı!

Elm və Təhsil Nazirliyi ilə Təhsildə İnnovativ Texnologiyalar (ITE) Əlavə Təhsil Mərkəzinin əməkdaşlığı nəticəsində bu il ölkəmizdə ilk...