Pekində Süni Intellekt və Təhsil üzrə Beynəlxalq Konfrans

Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzinin əməkdaşları Nilufər Rəhimova və İlahə Fazilova Pekin şəhərində 16-18 may tarixlərində təşkil olunmuş “Süni İntellekt Və Təhsil Üzrə Beynəlxalq Konfrans”-da iştirak ediblər.

Konfrans YUNESKO, Çin Xalq Respublikasının Təhsil Nazirliyi və Çin Xalq Respublikasının YUNESKO üzrə Milli Komissiyası tərəfindən təşkil edilmişdi.

120-dən artıq üzv dövlətlərdən 500-dən çox beynəlxalq nümayəndənin, 70-dən çox hökumət nazirlərinin və BMT təşkilatlarının, eləcə də elmi qurumların, vətəndaş cəmiyyətlərinin və özəl sektor nümayəndələrinin də iştirak etdiyi konfransda süni intellektin təhsildə istifadəsi, məzmunun və bu sahə üzrə əməkdaşlıq platformanın hazırlanması məsələləri müzakirə edilmişdir.

Konfrans zamanı həmçinin:

  • Konfrans iştirakçılarına süni intellekt ilə bağlı məlumat verilmiş və bu istiqamət üzrə bacarıqların inkişafı ilə bağlı təcrübə mübadiləsi aparılmış;
  • Süni intellektdə ən son tendensiyalara dair məlumat mübadiləsi aparılmış və həmin tendensiyaların təhsil və təlimin formalaşmasına təsiri müzakirə olunmuş;
  • BMT tərəfindən müəyyənləşdirilən Dayanıqlı İnkişaf Məqsədlərinin 4-cü bəndi olan “Keyfiyyətli təhsil”-ə (https://en.unesco.org/education2030-sdg4/targets) çatmaq üçün süni intellekt sahəsinin gücləndirilməsi istiqamətində milli siyasət və strategiyalar qiymətləndirilmiş;
  • Təhsil sahəsində süni intellektdən ədalətli, hərtərəfli və şəffaf istifadəni təşviq etmək üçün beynəlxalq əməkdaşlıq və tərəfdaşlıq müzakirə olunmuşdur.

Konfransın yekunu olaraq yüksək vəzifəli dövlət nümayəndələri tərəfindən konsensus qəbul olunmuşdur.

Növbəti postlar

"Microsoft sertifikatlı pedaqoq" imtahanın nəticələri

Müəllimlər beynəlxalq sertifikatlı mütəxəssis statusu qazanırlar! Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə əməkdaşlı...

900 müəllim beynəlxalq sertifikatlı mütəxəssis oldu

900 müəllim beynəlxalq sertifikatlaşdırma imtahanından uğurla keçib. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə əməkdaş...