Yeni formatda keçirilən açıq dərs

Təlimçimiz Sübhi İlyasovun tədris etdiyi – “İnnovasiyalar və yeni texnologiyaların tədrisdə tətbiqi üzrə stajkeçmə” xidmətindən keçən Əzizə Həsənova 1-ci sinif şagirdləri ilə birlikdə Abşeron rayonu, Masazır k. 1 №-li t.o.m. -də yeni formatda açıq dərs təşkil etmişdir.

Açıq dərsdə 1 №-li t.o.m. direktoru, direktor müavinləri həmçinin, Masazır kəndinin digər məktəblərinin müəllimləri də iştirak etmişdir.

Əzizə Həsənova təlimimizdə öyrəndiklərini tətbiq edərək gənc şagirdlər üçün dərsini ənənəvi tədris metodları ilə yanaşı, son texnologiyalara əsaslanıb qurmuşdur. Yeni formatda keçirilən açıq dərsdə 1-ci sinif şagirdləri üçün “Toplama və çıxma əməlləri” mövzusunda olmuşdur.

Şagirdlər “MS PowerPoint” proqramında hazırlanmış slaydlarda toplama və çıxma əməlləri və onlara aid sözlərlə tanış oldular.  Daha sonra, qruplara bölünərək hər qrupa toplama və çıxma ilə əlaqəli xüsusi rəngləmə vərəqləri paylanmışdır. Vərəqlər rəngləndikdən sonra, artırılmış reallıq texnologiyalarına əsaslanmış proqram vasitəsi ilə həmin vərəqlərdən müxtəlif fiqurlar canlandırlımışdır. Həmçinin, rəngləmə vərəqlərində olan əməllərin düzgün cavabları QR kodların daxilində də yerləşdirilmişdir. Uşaqlar əməlləri yerinə yetirdikdən sonra, müəllim tərəfindən QR kodlar smartfon vasitəsi ilə oxunaraq uşaqlara düzgün cavabları nümayiş etdirmişdir.   

Dərsdən sonra müzakirədə Əzizə Həsənova bildirmişdir ki, 1-ci sinif şagirdləri dərs zamanı səsli-küylü olmaqlarına baxmayaraq müxtəlif üsuldan və mobil tətbiqlərdən ( AR+VR ) istifadə edərək uşaqların sevincinə, dərsin rəngarəngliyinə səbəb olan yeniliklərlə tanış olmuşdur. 

Növbəti postlar

"Microsoft sertifikatlı pedaqoq" imtahanın nəticələri

Müəllimlər beynəlxalq sertifikatlı mütəxəssis statusu qazanırlar! Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə əməkdaşlı...

900 müəllim beynəlxalq sertifikatlı mütəxəssis oldu

900 müəllim beynəlxalq sertifikatlaşdırma imtahanından uğurla keçib. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə əməkdaş...