Təlim iştirakçılarımızın uğurları davam edir

Təlimlərimizdə iştirak edən müəllimlər bilik və bacarıqlarını təkminləşdirərək karyeralarında daha yüksək pillələrə addımlayırlar. Bu yolda Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzinin təlimçiləri onlara dəstəyini əsirgəmir.

Belə ki, təlimçimiz Leysan Əliyevin tədris etdiyi – “Təhsildə müasir tədris strategiyaları və layihə metodikasından istifadə” təlimində iştirak edən Sumqayıt şəhəri 31 №-li məktəbin ibtidai sinif müəllimi Arzu İmanova uğurlu layihəsinə imza atmışdır. "Sizə məktub var" layihəsinə 32-dən çox şəhər və bölgədən məktəblər qoşulmuşdur. Gələcəkdə bu layihənin əhatə dairəsini genişləndirərək, Respublikanın ucqar bölgələrində  yerləşən məktəblərində, eləcə də ölkə xaricində təbliğ etmək planlaşdırılır.

 Sumqayıtın 70 illik yubileyinə həsr olunmuş bu layihədə şagirdlər poçt xidmətindən istifadə edərək, digər bölgələrdə təhsil alan həmyaşıdlarına öz şəhərləri haqqında məlumat vermiş, eyni zamanda gələcək maraqları haqqında məktublar göndərmişlər.

Layihənin təqdimatında məktəb direktorları, Azərpoçt və Sumqayıt şəhər poçt xidmətinin əməkdaşları iştirak etmişlər.

Növbəti postlar

“Beynəlxalq Puşkin Müsabiqəsi”ndə İTE təlimçisinin qələbəsi!

Moskvada keçirilən “XXIV Beynəlxalq Puşkin Müsabiqəsi”nin təntənəli təltif mərasimində Azərbaycanın iki müəllim...

ITE "Microsoft Qlobal Tədris Tərəfdaşı" adını qazanmışdır!

2012-ci ildə təsis edilmiş mərkəz olaraq, ölkəmizdə bu statusu qazanan yeganə qurumuq. Bu uğur, təhsil sahəsində texnologiya ilə m&u...