İbtidai siniflərin tədrisində innovativ texnologiyaların tətbiqi

Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzinin mentoru Ülkər Fətəliyevanın həyata keçirdiyi “İnnovasiyalar və yeni texnologiyaların tədrisdə tətbiqi üzrə stajkeçmə” xidmətindən yararlanan Bakı şəhəri Suraxanı rayonu 280 №li tam orta məktəbin İbtidai sinif müəllimi Kəmalə Şabanova III sinif şagirdləri ilə açıq dərs təşkil etmişdir. Şagirdlərin rənglər üzərindəki təcrübələri, onların cavabları, yeni texnologiyaların (mobil tətbiqetmələrin (VR+AR)) istifadəsi dərsin təşkilinə daha da maraq oyadırdı. Dərsin mövzusu MS PowerPoint proqramında slaydlarla hazırlanmış, V2 aləti olan LearningApps-da krossvord və puzzle-ların yaradılmışdır. Həmçinin VR mobil tətbiqetmə proqramı olan Quiver-dən istifadə olunmuş, AR mobil tətbiqetmə proqramı olan QR vasitəsi ilə tapşırıqlar hazırlanaraq, şagirdlərin mobil qurğularla bu tapşırıqlar oxunmuşdur.

Dərsin sonunda Kəmalə Şabanova dərsinin belə gözəl rəngarəngliyinə, yeni texnologiyalar və mobil tətbiqetmələrlə tanış olmağına görə Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzini stajkeçmə xidmətini təşkil etdiyini üçün təşəkkürünü bildirdi.

Növbəti postlar

"Microsoft sertifikatlı pedaqoq" imtahanın nəticələri

Müəllimlər beynəlxalq sertifikatlı mütəxəssis statusu qazanırlar! Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə əməkdaşlı...

900 müəllim beynəlxalq sertifikatlı mütəxəssis oldu

900 müəllim beynəlxalq sertifikatlaşdırma imtahanından uğurla keçib. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə əməkdaş...