“Beynəlxalq Puşkin Müsabiqəsi”ndə İTE təlimçisinin qələbəsi!

Moskvada keçirilən “XXIV Beynəlxalq Puşkin Müsabiqəsi”nin təntənəli təltif mərasimində Azərbaycanın iki müəllimi böyük uğura imza atdı! Dəyərli təlimçimiz Süzalə Gözəlova da ölkəmizi layiqincə təmsil edərək laureatların təltif mərasimində iştirak edib.
Bu il 19 xarici dövlətdən 250 esse göndərilmiş və onlardan yalnız 50 müəllim qalib olmuşdur. Qaliblər Puşkinin yaradıcılığını və rus dilini yeni nəsillərə sevdirməyə nail olaraq Moskva hökuməti və “Rossiyskaya qazeta” tərəfindən diplom, xüsusi hədiyyələrlə təltif olundular. 
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən “Təhsildə inkişaf və innovasiyalar” üzrə II və VI qrant müsabiqələrinin də qalibi olan Süzalə xanım 2019-cu ildən etibarən komandamızda təlimçi kimi fəaliyyətinə davam edir.

Növbəti postlar

Müdavimləri ən yüksək nəticə göstərən təlimçilər

İlkin mərhələdə və yekun reytinqdə uğur qazanan təlimçilərimizə təşəkkür məqsədilə “ICDL Komanda İşi” beynəlxalq imt...

"Microsoft sertifikatlı pedaqoq" imtahanın nəticələri

Müəllimlər beynəlxalq sertifikatlı mütəxəssis statusu qazanırlar! Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə əməkdaşlı...