30 regionda 3000-dən çox müəllim beynəlxalq sertifikasiyaya cəlb olunub.

Avqust-sentyabr aylarında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində Təhsildə İnnovativ Texnologiyalar (ITE) Əlavə Təhsil Mərkəzi tərəfindən 30 regionda 3000-dən çox müəllim beynəlxalq sertifikasiyaya cəlb olunub.

Təlimlər 3 istiqamət üzrə keçirilir:

📌““Microsoft” sertifikatlı pedaqoq” sertifikasiya imtahanına hazırlıq;

📌“Müəllimlər üçün rəqəmsal savadlılıq”;

📌“Təbiət fənlərinin hibrid öyrənmə və məktəbdə onlayn ünsiyyət tədrisi metodikası”.

✅Təlimlərin əsas məqsədi müəllimlərin müasir texnologiyalar və rəqəmsal alətlərdən istifadə bacarıqlarını artırmaq, onları beynəlxalq sertifikasiyalara hazırlamaq və tədris keyfiyyətini yüksəltməkdir.

🖇️Təlim proqramının sonunda müəllimlər ITE-nin “Certiport Authorized Testing Centers” və “ICDL Authorized Testing Centers” test mərkəzlərində keçiriləcək imtahanlarda iştirak edəcəklər. İmtahanda uğur qazananlar isə beynəlxalq sertifikat əldə edəcəklər.

Qeyd edək ki, dekabradək 5 minə yaxın müəllim rəqəmsal bacarıqlarını artırmış olacaq.

Növbəti postlar

Microsoft ilə strateji tərəfdaşlıq genişlənir!

May ayının 18-də Elm və Təhsil Nazirinin müavini Həsən Həsənli “Microsoft” şirkətinin kommersiya həlləri üzrə direktor...

Müəllimlərin 91%-i beynəlxalq sertifikat qazandı!

Elm və Təhsil Nazirliyi ilə Təhsildə İnnovativ Texnologiyalar (ITE) Əlavə Təhsil Mərkəzinin əməkdaşlığı nəticəsində bu il ölkəmizdə ilk...