Müəllimlərin rəqəmsal inkişafı davam edir

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində Təhsildə İnnovativ Texnologiyalar (ITE) Əlavə Təhsil Mərkəzi tərəfindən avqust ayından etibarən təşkil edilən təlimlər Bakı və Abşeronda artıq uğurla başa çatıb.

Hazırda bölgələrdə davam edən təlimlərə ümumilikdə 30-dan çox region üzrə 5000-ə yaxın müəllim qoşulub.

✅Təlimlərin əsas məqsədi müəllimlərin müasir texnologiyalar və rəqəmsal alətlərdən istifadə bacarıqlarını artırmaq, onları beynəlxalq sertifikasiyalara hazırlamaq və tədris keyfiyyətini yüksəltməkdir.

🖇Təlim proqramının sonunda müəllimlər ITE-nin “Certiport” və “ICDL” test mərkəzlərində keçirilən imtahanlara cəlb edilirlər. İmtahanda uğurlu nəticə əldə edənlərə isə beynəlxalq sertifikatlar təqdim olunur.



https://www.facebook.com/share/p/15nz4JGLXZ/

Növbəti postlar

Müdavimləri ən yüksək nəticə göstərən təlimçilər

İlkin mərhələdə və yekun reytinqdə uğur qazanan təlimçilərimizə təşəkkür məqsədilə “ICDL Komanda İşi” beynəlxalq imt...

"Microsoft sertifikatlı pedaqoq" imtahanın nəticələri

Müəllimlər beynəlxalq sertifikatlı mütəxəssis statusu qazanırlar! Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə əməkdaşlı...