Təhsildən Beynəlxalq Uğura: 90%-lik İnanılmaz Nəticə!

Elm və Təhsil Nazirliyi ilə birgə həyata keçirdiyimiz #CodeForFuture layihəsi çərçivəsində tələbələrimiz təhsil aldıqları müddətdə beynəlxalq imtahanlara daxil olaraq yüksək nəticələr göstəriblər.

Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti və Sumqayıt Dövlət Universitetinin 2024-2025 Payız Semestri ərzində hazırda tədrisləri davam edən tələbələrin 90%-dən çoxu RedHat və IT Specialist HTML, IT Specialist Networking beynəlxalq sertifikatlarının sahibi olublar.

Bu nailiyyət tələbələrimizin öz biliklərini praktiki şəkildə tətbiq edərək, peşəkar bacarıqlarını təsdiqləməkdə nə qədər bacarıqlı olduqlarını göstərir. İmtahanlar Təhsildə İnnovativ Texnologiyalar (ITE) Əlavə Təhsil Mərkəzinin dəstəyi ilə həyata keçirilib.

✨Sertifikat qazanan bütün tələbələrimizi təbrik edirik! Onlar gələcəyin parlaq mütəxəssisləridir!

Növbəti postlar

Microsoft ilə strateji tərəfdaşlıq genişlənir!

May ayının 18-də Elm və Təhsil Nazirinin müavini Həsən Həsənli “Microsoft” şirkətinin kommersiya həlləri üzrə direktor...

Müəllimlərin 91%-i beynəlxalq sertifikat qazandı!

Elm və Təhsil Nazirliyi ilə Təhsildə İnnovativ Texnologiyalar (ITE) Əlavə Təhsil Mərkəzinin əməkdaşlığı nəticəsində bu il ölkəmizdə ilk...