1300-dən çox müəllim beynəlxalq sertifikat qazandı!

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Təhsildə İnnovativ Texnologiyalar (ITE) Əlavə Təhsil Mərkəzi tərəfindən cari ilin iyun və sentyabr aylarında keçirilən təlimlər nəticəsində 1300-dən çox müəllim beynəlxalq sertifikatlı mütəxəssis statusu qazandı! 👏

📘 İmtahan istiqamətləri:

🔹 Microsoft Sertifikatlı Pedaqoq (MCE)

🔹 ICDL kompüter və onlayn əsaslar

🔹 ICDL komanda işi

İmtahanlar Azərbaycan dilinə tam tərcümə edilərək 2100-dən çox müəllimin iştirakı ilə həyata keçirilib.

İmtahanlar ITE-nin Certiport və ICDL lisenziyalı mərkəzləri tərəfindən Bakı və 24 regionda təşkil olunub.

📍 Ən çox beynəlxalq sertifikatlı müəllimi olan bölgələr: Bakı, Neftçala, Xızı, Ağdaş, Cəlilabad və Quba.

Bu, sadəcə sertifikat deyil, müəllimlərin rəqəmsal bacarıqlarının tanınması, tədrisdə müasir texnologiyalardan məqsədyönlü istifadə və qlobal təhsil standartlarına inteqrasiya istiqamətində mühüm addımdır. 🌍

💡 Təhsildə dəyişimin əsas gücü — müəllimlərimizdir!

Növbəti postlar

“Canva for Education” platformasının Azərbaycanda rəsmi təlim tərəfdaşı oldu!

İTE Azərbaycan beynəlxalq təhsil texnologiyaları sahəsində daha bir mühüm uğura imza ataraq dünyanın aparıcı vizual kommunika...

Microsoft ilə strateji tərəfdaşlıq genişlənir!

May ayının 18-də Elm və Təhsil Nazirinin müavini Həsən Həsənli “Microsoft” şirkətinin kommersiya həlləri üzrə direktor...