ADPU Şamaxı filialında “Dördü bir arada: regionlarda startap və inkubasiya proqramı” layihəsi ilə əlaqədar infosessiya keçirildi.

26 aprel tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı fililalında “Dördü bir arada: regionlarda startap və inkubasiya proqramı” layihəsi ilə əlaqədar infosessiya keçirildi.

Tədbirdə açılış nitqi ilə çıxış edən ADPU Şamaxı filialının direktoru dosent Tünzalə Yusifova bildirdi ki, “Dördü bir arada: regionlarda startap və inkubasiya proqramı” layihəsi tələbələrə öz sahibkarlıq bacarıqlarını inkişaf etdirmək və innovativ ideyalarını uğurlu biznesə çevirmək üçün maraqlı imkan yaradır. Direktor layihənin faydalarına toxunaraq tələbələri layihəyə qoşulmağa dəvət etdi və onları Şamaxı rayonunda iqtisadi inkişafa kömək edə biləcək dinamik və dəstəkləyici sahibkarlıq ekosistemi yaratmaq üçün birlikdə çalışmağa səslədi.

Daha sonra Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzinin direktoru dosent İsa Qasımov inkubasiya proqramı, onun məqsədləri və regionda necə fəaliyyət göstərəcəyi haqqında ətraflı təqdimatla çıxış etdi.

Layihə rəhbəri proqramda iştirakın üstünlükləri, resurslara və maliyyə vəsaitlərinə çıxış əldə etmək, təcrübəli sahibkarlardan mentorluq almaq və şəbəkələşmə imkanları barədə məlumat verdi.

İnteraktiv müzakirə formatında keçirilən sessiya sonunda iştirakçıları maraqlandıran suallar cavablandırıldı.

Qeyd edək ki, layihə Azərbaycan Respublikası İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi, Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzinin tərəfdaşlığı və Yenifikir MMC-nin təcrübəsi və əməkdaşlığı ilə həyata keçirilir.

Xatırladaq ki, təlim və mentorluq xidmətləri bootcamp proqramı ilə davam etdiriləcək, ərsəyə gətiriləcək startapların sərgi və demoday proqramında təqdim edilməsi planlaşdırılıb.

Növbəti postlar

"Microsoft sertifikatlı pedaqoq" imtahanın nəticələri

Müəllimlər beynəlxalq sertifikatlı mütəxəssis statusu qazanırlar! Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə əməkdaşlı...

900 müəllim beynəlxalq sertifikatlı mütəxəssis oldu

900 müəllim beynəlxalq sertifikatlaşdırma imtahanından uğurla keçib. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə əməkdaş...