Şamaxı Peşə Liseyində “Dördü bir arada: regionlarda startap və inkubasiya proqramı” layihəsi ilə əlaqədar infosessiya keçirildi.

26 aprel tarixində Şamaxı Peşə Liseyində “Dördü bir arada: regionlarda startap və inkubasiya proqramı” layihəsi ilə əlaqədar infosessiya keçirildi.

Tədbirdə açılış nitqi ilə çıxış edən Şamaxı Peşə Liseyinin direktoru İsmayıl Tarverdiyev “Dördü bir arada: regionlarda startap və inkubasiya proqramı” layihəsinin tələbələrə öz sahibkarlıq bacarıqlarını inkişaf etdirmək və innovativ ideyalarını uğurlu biznesə çevirmək üçün böyük fürsət yaratdığını vurğuladı. O tələbələri yaradıcı düşünməyə və gündəlik həyatlarında qarşılaşdıqları problemlərə yenilikçi həll yolları tapmağa səslədi.

Daha sonra Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzinin direktoru dosent İsa Qasımov öz çıxışında proqramın necə işləyəcəyi, o cümlədən müraciət prosesi, seçim meyarları, mentorluq və təlim sessiyaları və maliyyə imkanları haqqında ətraflı məlumat verdi.

O qlobal biznes mühitinin daim dəyişdiyini və inkişaf etdiyini və ən son tendensiyaları və inkişafları izləməyin uğur üçün çox vacib olduğunu qeyd etdi.

İnteraktiv müzakirə formatında keçirilən sessiya sonunda iştirakçıları maraqlandıran suallar cavablandırıldı.

Qeyd edək ki, layihə Azərbaycan Respublikası İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi, Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzinin tərəfdaşlığı və Yenifikir MMC-nin təcrübəsi və əməkdaşlığı ilə həyata keçirilir.

Xatırladaq ki, təlim və mentorluq xidmətləri bootcamp proqramı ilə davam etdiriləcək, ərsəyə gətiriləcək startapların sərgi və demoday proqramında təqdim edilməsi planlaşdırılıb.

Növbəti postlar

Microsoft ilə strateji tərəfdaşlıq genişlənir!

May ayının 18-də Elm və Təhsil Nazirinin müavini Həsən Həsənli “Microsoft” şirkətinin kommersiya həlləri üzrə direktor...

Müəllimlərin 91%-i beynəlxalq sertifikat qazandı!

Elm və Təhsil Nazirliyi ilə Təhsildə İnnovativ Texnologiyalar (ITE) Əlavə Təhsil Mərkəzinin əməkdaşlığı nəticəsində bu il ölkəmizdə ilk...