“Sertifikasiyaya hazırlıq” təliminə start verildi

07 yanvar 2021-ci il tarixində Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzinin təşkil etdiyi və müəllimlərin səbrsizliklə gözlədiyi “Sertifikasiyaya hazırlıq” təliminin yeni qrupuna start verildi.

MS Teams platformasında distant formada təşkil edilən təlimin birinci günündə müəllimlər: XXI əsrin tələbləri, XXI əsr bacarıqları və məşhur “4K” , Kompetensiyalar, Kurikulum və Kurikulumun növləri haqqında mövzularla tanış oldular, qeyd edilən mövzular ətrafında maraqlı müzakirələr aparıldı.

 

Qeyd edək ki, təlimlər Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzinin distant təlimlər və bir çox proqramlar üzrə ekspert təlimçiləri Alqış Həsrətov, Günay Çəndirli, Rauf Əsədov və Səbinə Rəsulova tərəfindən aparılır.

Hazırki təlim proqramı Ümumi təhsil proqramı (kurikulum), metodika, pedaqoji və psixoloji nəzəriyyələr üzrə mövzuları əhatə edir.

Sertifikasiyaya hazırlıq proqramı üzrə təlimlərin növbəti qruplarında iştirak üçün qeydiyyatdan keçməyə tələsin:

https://ite.az/az/kurs/56

Növbəti postlar

"Microsoft sertifikatlı pedaqoq" imtahanın nəticələri

Müəllimlər beynəlxalq sertifikatlı mütəxəssis statusu qazanırlar! Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə əməkdaşlı...

900 müəllim beynəlxalq sertifikatlı mütəxəssis oldu

900 müəllim beynəlxalq sertifikatlaşdırma imtahanından uğurla keçib. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə əməkdaş...