“Layihə əsaslı dərslərdə Tinkercad” təlimimiz davam edir!

Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Layihə əsaslı dərslərdə Tinkercad” təliminə STEAM məzmunlu layihələri və dərsləri effektiv vizual imkanlarla ərsəyə gətrmək istəyən müəllimlərin marağı böyükdür.

Yeni qrupumuz yanvar ayının 16-dan etibarən Əlavə Təhsil Mərkəzimizin STEAM üzrə eksperti Aliyə Əhmədovanın təqdimatında distant olaraq həyata keçirilir.

STEAM məzmunlu layihələrə vizual effektlər vermək üçün ən optimal dizayn aləti hesab olunan Tinkercad 3D modelləşdirmə mərhələsində istifadəçiyə xüsusi imkanlar verir.

Dərs müddətində müəllimlər 4K bacarıqlarının formalaşdırıması üsulları, layihə məhsullarının 3D modelləşdirilməsi, mühəndis-dizayn prosesi; Tinkercad-da müstəqil dizayn bacarıqlarının formalaşdırılması; müəllim və şagirdlərin müxtəlif STEAM layihə və müsabiqələrə cəlb edilməsinin yolları kimi mövzularla yaxından tanış olurlar.

 

Nəzərinizə çatdırırıq ki, “Layihə əsaslı dərslərdə Tinkercad” adlı özəl distant təliminə növbəti qruplara qeydiyyat davam edir. Qeydiyyat üçün ətraflı məlumat:

https://ite.az/az/kurs/52

Növbəti postlar

"Microsoft sertifikatlı pedaqoq" imtahanın nəticələri

Müəllimlər beynəlxalq sertifikatlı mütəxəssis statusu qazanırlar! Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə əməkdaşlı...

900 müəllim beynəlxalq sertifikatlı mütəxəssis oldu

900 müəllim beynəlxalq sertifikatlaşdırma imtahanından uğurla keçib. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə əməkdaş...