ITE 'Microsoft' şirkətinin rəsmi qlobal təlim tərəfdaşı oldu.

ITE Azerbaijan Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi Azərbaycanda təhsilin innovativ inkişafı istiqamətində daha bir beynəlxalq uğura imza atdı. Belə ki, Microsoft şirkəti İTE-nin təhsil profili üzrə özünün rəsmi qlobal təlim tərəfdaşı kimi qeydiyyatını təsdiqlədi.

Uzun müddətdir ki, Azərbaycanda müəllimlərin İKT savadlılığının artırılması və təhsildə İKT-nin tətbiqi istiqamətlərində İTE və "Microsoft" şirkəti əməkdaşlıq edir. Bu əməkdaşlıqlar çərçivəsində minlərlə müəllimin təkmilləşdirilməsi və mütərəqqi bilik və bacarıqlara yiyənləməsinə nail olunmuşdur. Bu tərəfdaşlıq öyrənmək üçün texnoloji imkanlardan səmərəli istifadəni artırmağı hədəfləyir və müəllim, həmçinin təhsil liderlərinin təlim tərəfdaşları və təhsil konsultantları ilə əlaqəsini təmin etmək məqsədi daşıyır.

Ona görə də sözügedən tərəfdaşlıq istiqamətində təhsilverənlərə ixtisasartırma təlimləri verilməsi ilə yanaşı, onların texnoloji vasitələrdən istifadə bacarıqları da inkişaf etdirilir.

Qeyd edək ki, ITE tərəfdaşlıq çərçivəsində 2 kateqoriya üzrə nişan almışdır: "Qlobal təlim tərəfdaş" proqramı iştirakçısı və "Minecraft Qlobal" təlim tərəfdaşı.

Xatırladaq ki, 2012-ci ildə təsis edilmiş Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi təhsilverənlərin və təhsil sahəsinin liderlərinin potensialının gücləndirilməsi, öyrətmə və öyrənmə prosesinin inkişafı, təhsilin yeni paradiqmalar və yenilikçi strategiyalar əsasında formalaşmasına dəstək verir.

https://www.microsoft.com/en-us/education/partners/showpartnersdetails.aspx?id=2077001&i=false&t=1&p=1&ps=24&fbclid=IwAR2SJa_Z-wzBvVMM8n71m7I90UjidtK2BlzKequiRlwFQBvVL2JrSVV4a6I

Növbəti postlar

“Beynəlxalq Puşkin Müsabiqəsi”ndə İTE təlimçisinin qələbəsi!

Moskvada keçirilən “XXIV Beynəlxalq Puşkin Müsabiqəsi”nin təntənəli təltif mərasimində Azərbaycanın iki müəllim...

ITE "Microsoft Qlobal Tədris Tərəfdaşı" adını qazanmışdır!

2012-ci ildə təsis edilmiş mərkəz olaraq, ölkəmizdə bu statusu qazanan yeganə qurumuq. Bu uğur, təhsil sahəsində texnologiya ilə m&u...