İTE keçən il 25 mindən artıq pedaqoji və inzibati-idarəetmə heyətinə təlim keçib.

Ötən il ərzində Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi (İTE) pedaqoji və inzibati-idarəetmə sahəsində çalışan 25 mindən artıq heyət üçün təlimlər keçirib. Təlimlər İTE-nin 200 nəfərdən artıq peşəkar təlimçi heyəti tərəfindən aparılıb.

 

Təlimlər əsasən, ümumi təhsil müəssisələrinin müəllimləri üçün onlayn kommunikasiya, məsafədən öyrənmə və İKT savadlılığının artırılması, virtual mühitdə  dərslərin səmərəli təşkili, pedaqoji və inzibati-idarəetmə heyəti üçün elektron jurnal və gündəlik sistemi platformasının istifadəsi istiqamətləri üzrə aparılıb.

 

Yerli və beynəlxalq standartları əhatə edən təlim proqramları pedaqoji və inzibati-idarəetmə heyətinin nəzəri və praktik bacarıqlarının artırılmasına, informasiya texnologiyalarının tədris prosesində tətbiqi üzrə vərdişlərin formalaşmasına müsbət təsir edib.

 

Qeyd edək ki, pedaqoji kadr hazırlığının keyfiyyətinin təmin edilməsini başlıca amilə çevirən Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi (İTE), təhsilin transformasiyası və inkişafı üzrə müxtəlif layihələr icra edir.

Növbəti postlar

“Beynəlxalq Puşkin Müsabiqəsi”ndə İTE təlimçisinin qələbəsi!

Moskvada keçirilən “XXIV Beynəlxalq Puşkin Müsabiqəsi”nin təntənəli təltif mərasimində Azərbaycanın iki müəllim...

ITE "Microsoft Qlobal Tədris Tərəfdaşı" adını qazanmışdır!

2012-ci ildə təsis edilmiş mərkəz olaraq, ölkəmizdə bu statusu qazanan yeganə qurumuq. Bu uğur, təhsil sahəsində texnologiya ilə m&u...