Biləsuvar rayonunda Elm və Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində keçirilən "Məktəb sənədlərinin elektron tərtibatı" adlı təlimlər uğurla yekunlaşıb.

Biləsuvar rayonunda Təhsil Nazirliyinin sifarişi ilə keçirilən "Məktəb sənədlərinin elektron tərtibatı" adlı təlimlər uğurla yekunlaşıb.

 

Qeyd edək ki, avqust ayından start götürən müxtəlif rayonları əhatən edən layihə Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi tərəfindən həyata keçirilir. Biləsuvar rayonunda təşkil olunan təlimlərə ümumi 6 qrup olmaqla 90-a yaxın inzibati-idarəetmə heyəti cəlb olunub.

 

Təlim proqramının əsas məqsədi təhsil müəssisəsinin səmərəli idarə olunması istiqamətində inzibati-idarəetmə heyətinin məktəb sənədlərinin elektron tərtibatı və sənədlərin elektron dövriyəsi ilə bağlı bacarıqlarını təkmilləşdirməkdən ibarətdir.

 

Təlim müddətində müdavimlər müxtəlif xarakterli sorğuların, testlərin həyata keçirilməsi üçün elektron sorğuların hazırlanması və nəticələrin təhlili üzrə biliklər əldə edib və məktəb sənədlərinin bulud texnologiyasından istifadə edərək saxlanması və elektron dövriyəsinin təmin edilməsi istiqamətində konsultasiya keçiblər.

 

Sonda müdavimlər öz hazırladığı final təqdimatı təqdim edib və layihə üzərində fikir mübadiləsi aparıblar.

Növbəti postlar

"Microsoft sertifikatlı pedaqoq" imtahanın nəticələri

Müəllimlər beynəlxalq sertifikatlı mütəxəssis statusu qazanırlar! Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə əməkdaşlı...

900 müəllim beynəlxalq sertifikatlı mütəxəssis oldu

900 müəllim beynəlxalq sertifikatlaşdırma imtahanından uğurla keçib. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə əməkdaş...