"Media və təhsil dialoqu" mövzusunda təlim-seminar başa çatıb.

8-9 sentyabr tarixlərində Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə reallaşan 2 günlük "Media və təhsil dialoqu" mövzusunda təlim-seminar başa çatıb.

 

Təlimin birinci günündə elm və təhsil nazirinin müşaviri, Təhsilin İnkişafı Fondunun sədri Elnur Nəsibov "Təhsilin İnkişafı Fondunun fəaliyyət istiqamətləri", Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev "Regional təhsil idarələri və məktəbəqədər təhsil müəssisələri", Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini, direktor vəzifələrini icra edən Ceyhun Kərəmov "Peşə təhsilindən gözləntilər", İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli "Müəllimlərin işə qəbulu prosesi", elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli "Elm və ali təhsil sahəsində yeni addımlar", İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov "Ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesi" mövzularında təqdimatlarla çıxış ediblər.

 

Təlimin ikinci günündə "2019-2023 Dövlət Proqramı" İdarəetmə Qrupunun rəhbəri Turan Topalova "Xaricdə təhsil üzrə Dövlət proqramları", Təhsil Tələbə Krediti Fondunun icraçı direktoru Araz Paşayev "Təhsil tələbə kreditləri: ali təhsilə əlçatanlıq", Təhsil İnstitutunun direktoru Rüfət Əzizov "Təhsil İnstitutunun tədqiqat nəticələri; Dərsliklər və təhsil proqramları", İnformasiya və vətəndaşlara xidmət şöbəsinin müdir müavini Səbuhi Rzayev "Elm və Təhsil Nazirliyinə daxil olan vətəndaş müraciətlərinə baxılması", Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin İdman sektorunun müdiri Hilal Salmanov "Məktəbdənkənar fəaliyyət: məktəblilərin idman sahəsində nailiyyətləri" və Beynəlxalq əməkdaşlıq şöbəsinin Xaricdə təhsil və əcnəbilərlə iş sektorunun müdiri Müjdat Həsənov "Hökumətlərarası Təqaüd Proqramları və əcnəbilər" mövzuları ilə bağlı təqdimatlarını diqqətə çatdırıblar.

 

Təlimə media nümayəndələri ilə birlikdə regional təhsil idarələrinin eləcə də təhsil qurumlarının PR əməkdaşları dəvət olunublar.

 

Qeyd edək ki, təlimdə Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzinin PR və Marketinq üzrə mütəxəssisi Ataxanlı Nihad da iştirak edib.

Növbəti postlar

"Microsoft sertifikatlı pedaqoq" imtahanın nəticələri

Müəllimlər beynəlxalq sertifikatlı mütəxəssis statusu qazanırlar! Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə əməkdaşlı...

900 müəllim beynəlxalq sertifikatlı mütəxəssis oldu

900 müəllim beynəlxalq sertifikatlaşdırma imtahanından uğurla keçib. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə əməkdaş...