Nərimanov rayonunda Elm və Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində keçirilən "Fənnlər üzrə elektron tədris resurslarının hazırlanması" adlı təlimlər uğurla yekunlaşıb.

Nərimanov rayonunda Elm və Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində keçirilən "Fənnlər üzrə elektron tədris resurslarının hazırlanması" üzrə təlimlər uğurla yekunlaşıb.

 

Qeyd edək ki, avqust ayından start götürən müxtəlif rayonları əhatən edən layihə Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi tərəfindən həyata keçirilir. Nərimanov rayonunda təşkil olunan təlimlərə ümumi 2 qrup olmaqla 30 pedaqoji heyət cəlb olunub.

 

Təlimlərdə müdavimlərə müasir tələblərə uyğun təqdimat tipli rəqəmsal resurs hazırlamaq bacarığı və Artırılmış və Virtual Reallıq anlayışı ilə tanış etmək, onların öz Artırılmış Reallıq məzmununu hazırlamaları üçün müvafiq bacarıqları formalaşdırmaq hədəflənib. Həmçinin təlim zamanı müdavimlərə müasir platformalardan istifadə etməklə oyun əsaslı öyrənmə fəaliyyətlərinin təşkil olunması üzrə konsultasiya verilib.

 

Sonda müdavimlər öz hazırladığı final təqdimatı təqdim edib və layihə üzərində fikir mübadiləsi aparıblar.

Növbəti postlar

"Microsoft sertifikatlı pedaqoq" imtahanın nəticələri

Müəllimlər beynəlxalq sertifikatlı mütəxəssis statusu qazanırlar! Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə əməkdaşlı...

900 müəllim beynəlxalq sertifikatlı mütəxəssis oldu

900 müəllim beynəlxalq sertifikatlaşdırma imtahanından uğurla keçib. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə əməkdaş...