Qaradağ rayonunda Elm və Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində keçirilən "İnternet resurslarının təlim prosesində səmərəli istifadəsi" adlı təlimlər uğurla yekunlaşıb.

Qaradağ rayonunda Elm və Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində keçirilən "İnternet resurslarının təlim prosesində səmərəli istifadəsi" adlı təlimlər uğurla yekunlaşıb.

 

Qeyd edək ki, sentyabr ayından start götürən müxtəlif rayonları əhatən edən layihə Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi tərəfindən həyata keçirilir. Qaradağ rayonunda təşkil olunan təlimlərə ümumi 2 qrup olmaqla 30-a yaxın pedaqoji heyət cəlb olunub.

 

Aydındır ki, internet resurslarından səmərəli istifadə tədris zamanı realda mümkün olmayan bir çox təcrübə və prosesləri nümayiş etdirmə imkanı yaratmaqla bərabər, şagirdləri müşahidə və emprik əsaslı öyrənməyə cəlb etmədə mühim rol oynayır.

 

Rəqəmsal dünyanın tələblərinə uyğun olaraq təlimlərin əsas məqsədlərindən biri şagirdləri yaradıcılıq, əməkdaşlıq, tənqidi yanaşma, media vasitələrindən istifadə və s. kimi XXI əsr bacarıqlarının inkişaf etdirilməsi və onların fasiləsiz, ömürboyu öyrənmə vərdişlərinə yiyələnmələri üçün ilkin olaraq müəllimləri müvafiq bacarıqlara yiyələndirməkdir.

 

Uyğun alətlərdən istifadə etməklə müəllimlərin müxtəlif fəaliyyətlərə cəlb edilməsi, onların peşəkar inkişafına dəstək məqsədilə professional virtual cəmiyyətlərdən istifadəsi və dil öyrənmək, tədqiqat kimi müxtəlif yönlü resurslara əlçatanlığını təmin etmək təlimin əsas məqsədlərində yer alır.

 

Sənədlərin bir formatdan digərinə çevrilməsi və redaktəsi istiqamətində bacarıqların formalaşdırılması, internet resurslarının inkluziv təhsildə tətbiqi istiqamətində müəllimlərin təkmilləşdirilməsi və müəllimlərin internet təhlükəsizliyi və internetdə müəllif hüquqlarının qorunması mövzuları ilə bağlı təsəvvürlərinin genişləndirilməsi təlimin əsas vəzifələrindəndir.

 

Növbəti postlar

"Microsoft sertifikatlı pedaqoq" imtahanın nəticələri

Müəllimlər beynəlxalq sertifikatlı mütəxəssis statusu qazanırlar! Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə əməkdaşlı...

900 müəllim beynəlxalq sertifikatlı mütəxəssis oldu

900 müəllim beynəlxalq sertifikatlaşdırma imtahanından uğurla keçib. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə əməkdaş...