Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi (ITE) ilə Koreyanın Hanbat Milli Universiteti arasında memorandum imzalanıb.

Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi (ITE) Cənubi Koreyanın sahibkarlıq universiteti modeli üzrə ixtisaslaşmış qabaqcıl universiteti Hanbat Milli Universiteti ilə qlobal səviyyədə əməkdaşlıq edəcək.

 

29 oktyabr tarixində Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzinin direktoru İsa Qasımov və Hanbat Milli Universitetinin Sənaye-Universitet Əməkdaşlıq Fondunun vitse-prezidenti Jong-in Choi iki müəssisə arasında Anlaşma Memorandumu imzalayıblar.

 

Memorandum müxtəlif sektorlarda fəaliyyət göstərən sahibkarların öz bizneslərini inkişaf etdirməsinə mane olan bilik boşluğunu və bacarıq çatışmazlıqlarını aradan qaldırmaq və onları effektiv idarə etmək üçün dəstək göstərilməsi, bu məqsədlə akademik kurikulumların hazırlanmasını nəzərdə tutur.

 

Görüşdə Hanbat Milli Universitetinin Sənaye-Universitet Əməkdaşlıq Fondunun vitse-prezidenti Jong-in Choi sahibkarlıq universiteti modeli haqda və Hanbat Milli Universitetinin təcrübəsindən, həmçinin sahibkarlıq düşüncə tərzini həyata keçirmək üçün apardığı tədbirlərdən bəhs edib.

 

Daha sonra İTE-nin direktoru İsa Qasımov bildirib ki, Azərbaycan kimi böyüyən iqtisadiyyata, artan gənc əhaliyə malik olan ölkələr üçün sahibkarlar sənaye və iqtisadiyyatın ehtiyaclarını ödəmək üçün əsas hərəkətverici qüvvədir. Məlumdur ki, ölkəmizdə sahibkarlığın inkişafının əsas problemlərindən biri də müasir sahibkarlıq bacarıqları tədrisinin, eləcə də müvafiq tədqiqatların arzuolunan səviyyədə olmamasındadır. Təhsildə sahibkarlığın təşviqi Azərbaycan gənclərini təşəbbüskar olmağa və sosial problemlərə innovativ həllər hazırlamağa və əlavə sosial-iqtisadi dəyərə malik məhsulların hazırlanmasına həvəsləndirəcək.

 

O vurğulayıb ki, əməkdaşlıq çərçivəsində Koreya təcrübəsindən də istifadə etməklə müxəlif təhsil müəəssisələri, məktəb, universitetlərə yönəlik innovativ təlim modulları hazırlanacaq, sahibkar universitet modeli öyrəniləcək, təhsil müəssisələri və kooperativlər arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində əsaslı addımlar atılacaq.

 

Əməkdaşlıq çərçivəsində müxtəlif təhsil işçilərini innovativ düşüncəyə cəlb etmək və öz biznes ideyalarını sistematik şəkildə inkişaf etdirə və genişləndirə bilmələri üçün sahibkarlıq bilik və bacarıqlarını ölkə səviyyəsində yaymaq əsas hədəflərdən biridir.

 

İnanırıq ki, əməkdaşlıq Azərbaycanda sahibkarlığın inkişafına, bu istiqamətdə bilik və bacarıqların əldə edilməsinə töhfə verəcək.

Növbəti postlar

"Microsoft sertifikatlı pedaqoq" imtahanın nəticələri

Müəllimlər beynəlxalq sertifikatlı mütəxəssis statusu qazanırlar! Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə əməkdaşlı...

900 müəllim beynəlxalq sertifikatlı mütəxəssis oldu

900 müəllim beynəlxalq sertifikatlaşdırma imtahanından uğurla keçib. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə əməkdaş...